Çatdırılma Siyasəti

 

Son yenilənmə tarixi: 13 Aprel 2025

 

Photomart.az olaraq sifariş etdiyiniz fərdi hədiyyələri ən qısa müddətdə və etibarlı şəkildə sizə çatdırmağı öhdəmizə götürürük. Aşağıda çatdırılma ilə bağlı şərtlərimizi təqdim edirik:

 

1. Hazırlıq Müddəti

  • Bütün məhsullar sifariş üzrə fərdi hazırlanır.

  • Hazırlıq müddəti məhsulun növünə və sifarişin həcminə görə adətən 1–3 iş günü təşkil edir.

  • Həftə sonları və bayram günlərində verilmiş sifarişlər növbəti iş günü emal olunur.

 

2. Çatdırılma Müddəti

  • Bakı və ətraf ərazilərə: 1–2 iş günü

  • Digər bölgələrə: 2–4 iş günü

  • Çatdırılma müddəti hava şəraiti, kuryer xidmətlərinin qrafiki və digər texniki səbəblərlə uzana bilər.

 

3. Çatdırılma Üsulları

  • Ünvan üzrə kuryer xidməti

  • Karqomat məntəqələrinə çatdırılma (Bakı, Xırdalan, Sumqayıt): Pulsuz

  • Ofisdən götürmə: Əvvəlcədən razılaşdırmaqla mümkündür

 

4. Çatdırılma Haqqı

  • Çatdırılma haqqı məsafəyə uyğun olaraq tənzimlənir.

  • Hal-hazırda xaricə çatdırılma xidməti mövcud deyil.

 

5. Sifarişin İzlənməsi

  • Sifariş göndərildikdən sonra sizə çatdırılma barədə məlumat WhatsApp və ya SMS ilə təqdim olunur.

  • Zərurət olduqda izləmə kodu və ya kuryer məlumatı paylaşılır.

 

6. Əlaqə üçün

 

Çatdırılma ilə bağlı hər hansı bir sualınız və ya problem yarandıqda bizimlə əlaqə saxlayın:

  • E-poçt: info@fotomart.az

  • Telefon / WhatsApp: +994 55 200 33 93