Gecənin sirri bu qoxuda gizlidir… Mandalina, greyfurt və bergamotun təravətli enerjisi ilə başlayan bu ətir, yasəmən, sümbülteber və portağal çiçəyinin feminen çalarları ilə dərinləşir. Onların zərif harmoniyası sanki gecə çiçək açan gizli bir bağın sehrini daşıyır. Sandal ağacı və ağ müşkün isti və incə toxunuşu isə ətrin yaddaqalan və cazibədar finalını yaradır. Həm gündəlik, həm də xüsusi anlar üçün ideal seçimdir.
- Üst nota: Mandalina, Greyfurt, Neroli, Cassis, Bergamot
- Orta nota: Sümbülteber, Yasəmən, Portağal Çiçəyi
- Alt nota: Sandal Ağacı, Ağ Müşk