İstifadə Şərtləri

 

Son yenilənmə tarixi: 13 Aprel 2025

 

Hörmətli istifadəçi,

 

www.photomart.az veb səhifəsinin məzmunu və tərkibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Saytdan istifadə etdiyiniz andan etibarən aşağıda qeyd olunan bütün maddələri qəbul etmiş sayılırsınız. Photomart.az bu istifadə şərtlərini istənilən vaxt dəyişmək hüququna malikdir, bu səbəbdən sayta daxil olduqda şərtlərlə tanış olmağınız tövsiyə olunur.

 

Mülkiyyət hüquqları

 

Saytdakı bütün mətnlər, proqram təminatı, kodlar və digər materiallar Photomart.az-a məxsusdur. Bu materiallar əvvəlcədən icazə olmadan:

  • dəyişdirilə,

  • surət çıxarıla,

  • paylaşa,

  • digər serverlərə yüklənə bilməz.

 

Təhlükəsizlik və məsuliyyət

 

İstifadəçi öz cihazının təhlükəsizliyini təmin etmək məqsədilə virus əleyhinə proqram təminatı və mühafizə tədbirləri görməlidir.

Saytdan istifadə nəticəsində istifadəçinin kompüterində və ya proqram təminatında baş verə biləcək hər hansı texniki nasazlıq və ya zərərlərə görə məsuliyyət tam olaraq istifadəçiyə aiddir.

 

Qaydaların pozulması və nəticələri

 

Aşağıdakı hallar aşkar edildikdə Photomart.az aşağıdakı hüquqlara malikdir:

  • İstifadəçinin üzvlüyünü ləğv etmək

  • Kampaniyanı və sifarişi birtərəfli qaydada ləğv etmək

  • Hüquqi və zəruri hallarda cinayət məsuliyyəti ilə bağlı tədbir görmək

 

Aşağıdakı hallar qayda pozuntusu hesab olunur:

  • Sistem boşluğundan istifadə etməklə mənfəət əldə etmə

  • Yalan məlumat verməklə kampaniyalardan yararlanma

  • Hüquq və əxlaqa zidd məzmun paylaşma

 

Məxfi məlumatların istifadəsi

 

Sayta təqdim olunan bütün məlumatlar Photomart.az tərəfindən saxlanıla, istifadə oluna və nümayiş etdirilə bilər.

Bu məlumatların üçüncü şəxslər tərəfindən icazəsiz kopyalanması və istifadəsi halında Photomart.az heç bir məsuliyyət daşımır.

 

Elektron poçt bildirişləri

 

İstifadəçi sayta üzv olduqda, sifarişin statusu, yeniliklər və kampaniyalar barədə bildirişlər elektron poçt vasitəsilə göndərilə bilər.

Bu bildirişlər spam xarakterli olmayacaq və istifadəçi istədiyi zaman imtina edə bilər.

 

Alış-veriş və qeydiyyat

 

Photomart.az onlayn alış-veriş platformasıdır.

Saytdan alış-veriş yalnız qeydiyyatdan keçmiş istifadəçilər üçün mümkündür.

Qeydiyyat pulsuzdur və istənilən istifadəçi tərəfindən həyata keçirilə bilər.

 

Xarici keçidlər

 

Photomart.az saytında yer alan keçidlər vasitəsilə daxil olduğunuz digər saytlardakı məzmunlara görə Photomart.az məsuliyyət daşımır.

 

Cookie istifadəsi

 

İstifadəçini tanımaq və sifarişin düzgün həyata keçirilməsi məqsədilə Photomart.az saytı cookie texnologiyasından istifadə edir.