Istifadə Şərtləri

 

Hörmətli Sayt İstifadəçisi;

http://www.photomart.az veb səhifəsinin məzmunu və tərkibi Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən qorunur. Bu saytdan istifadə etdiyiniz andan etibarən aşağıda yazılmış olan bütün maddələri tamamən başa düşmüş və qəbul etmiş sayılırsınız. Photomart.az yazılmış İstifadə Şərtlərini istədiyi zaman dəyişdirmə haqqını özündə saxladığından, sayta hər girdiyiniz zaman İstafadə Şərtlərini nəzərdən keçirməniz vacibdir.

http://www.photomart.az (“Sayt”) internet saytının bütün sənədləri Photomart-ın mülkiyyətindədir. Kod və proqram təminatı da daxil olmaqla bu saytdakı hər hansı bir materialı dəyişdirə, surətini çıxarda, artıra, kirayəliyə, yayımlaya, başqa bir kompyüterə yükləyə, poçtla göndərə, paylaşa və ya paylaya bilməzsiniz. 

http://www.photomart.az internet saytının virus və bənzər proqramlardan qorunmasını və təhlükəsizliyini təmin etmək üçün istifadəçi virusdan qorunma sistemini tədarük görmək və lazımı qorumanı təmin etməklə hökümlüdür.

http://www.photomart.az saytından istifadə etdiyi üçün, istifadəçi öz proqram və əməliyyat sistemlərində meydana gələ biləcək bütün xətalar və bunların birbaşa vəya dolayısı ilə nəticələrindən özü məsuliyyət daşıdığını qəbul edir.

Gələcəkdə bu sazişin şərtlərini oxumamış vəya oxumuş olub bunlara uyğun davranmamanızdan qaynaqlana biləcək hər cür maddi və mənəvi zərərə görə tələbinizdən http://www.photomart.az veb səhifəsinin, bu saytın içərisindəki hər cür materialı hazırlayanlarının , işçilərinin, Photomart tərəfindən səlahiyyətləndirilən şəxslərin və qurumların heç bir hüquqi və cinayət məsuliyyəti yoxdur.

İstifadəçinin http://www.photomart.az satış sisteminin vəya veb səhifəsinin hər hansı bir boşluğundan yararlanıb Photomarta ziyan vurması, haqsız mənfəət əldə etməsi, təkrarlanan tətbiqlər etməsi, yalançı hərəkətləri, kampaniya və satışda tələb olunan şərtlərə əməl etməməsinə rəğmən bunlardan yararlanıb photomart.az-ın kampaniyalarından, satış sistemindən vəya veb səhifəsindən sui-istfadə etmə halları photomart.az tərəfindən təsbit edilərsə, photomart.az-ın qanunun bütün maddələri ilə bu cür əməliyyatları ləğv etmə; istifadəçinin üzvlüyünü ləğv etmə; satış sazişini birtərəfli olaraq və dərhal ləğv etmə haqqı vardır.

Sayta səhv, dağınıq, natamam və çaşdırıcı məlumatları, içərisində ümumi mənəvi dəyərlərə uyğun olmayan ifadələri olan və Azərbaycan Respublikasının qanunlarına zidd olan məlumatların qeyd edilməsi və yüklənməsinə təşəbbüs edən istifadəçilərin üzvlüyü ləğv edilə bilər və cinayət məsuliyyətinə cəlb edilə bilər. 

Saytın üzvlərinə verilmiş hər hansı bir endirim kuponu və hədiyyə satıla, mübadilə edilə, paylaşıla vəya ötürülə bilməz.

http://www.photomart.az veb səhifəsinə göndərilən bütün məlumatların photmart.az tərəfindən saxlanılması, depolanması, çap edilməsi, istifadə edilməsi və nümayiş olunmasını qəbul edirəm.

Bu məlumatların 3-cü şəxslər tərəfindən surətinin çıxardılıb istifadə edilməsindən photomart.az heç bir məsuliyyəti daşımır.

http://www.photomart.az veb səhifəsinə üzv olduğunuz zaman sifarişinizin statusu, photomart.az-ın yenilənmələri və yeni məhsullar haqqında spam etməmək şərti ilə istifadəçinin elektron ünvanına emaillər gələcəkdir. Sayta üzv olan istifadəçi photomart.az tərəfindən email almasını qəbul edir.

http://www.photomart.az bir onlayn alış veriş saytıdır. Sayt hər kəsə açıq olmaqla birlikdə, alış verişlər sayta üzv olma şərtiylə reallaşa bilir. Saytda qeydiyyat pulsuzdur.

http://www.photomart.az saytı heç bir halda istifadəçi qarşısında mövcud vəya hiper linkə malik başqa saytdan istifadə zamanı birbaşa, dolayı və ya digər səbəbdən yaranmış hər hansı zərərə görə məsuliyyət daşımır.

İstifadəçi http://www.photomart.az veb səhifəsində gəzişərkən yalnız photomart.az tərəfindən istifadəçini müəyyən etmək və sifarişinin sağlam verilməsi üçün cookie istifadə edilir.