filter

Filter


Bloknotlar - Taxta üzərinə xüsusi lazer texnologiyası ilə çap edilən, üstü ürək formalı bloknot şəxsə özəl hazırlanır. Belə ki, üzərinə ad, ürək sözlərinizi yazdıra bilərsiniz. Üz qabığınıdakı ürək forması bloknota xüsusi tərz qatır. Kreativ insanların seçimi olan bu qeyd dəftərini günlük kimi də istifadə edə bilərsiniz. Çatdırılma mümkündür.

  • Ölçüsü: A5
  • Üz Qabığı: Taxta
  • Vərəq Sayı: 50 Vərəq (Dama)
  • Üzərinə istənilən ad, soyad və cümlələr yazmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır


14 fevral hədiyyələri axtaranlar üçün mükəmməl seçimimiz var. Belə ki bu ürək formalı, təbii fıstıq ağacından hazırlanan çərçivədə sizin sevgi doıu şəklinizin əksi yer alır. Bu hədiyyə qeyri - adi görüntü yaratmaqla bərabər, evinizdə sizə məxsus özəl bir dekor olacaq. Üzərinə adlarınızı yazdıra biləcəyiniz bu çərçivəli şəkil büdcənizə uyğundur və çatdırılma xidməti də mümkündür.

  • Ölçüsü: 21x21 sm
  • Materialı: Lapan ağacı
  • Üzərinə istənilən şəkil vurmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır


Sevgililər günü hədiyyəsi olaraq sizə təbii fıstıq ağacından xüsusi texnologiya ilə hazırlanan çərçivə hazırladıq. Üzərinə istədiyiniz sevgi misralarını və adlarınızı yazdıra bilərsiniz. Sevgi dolu şəklinizi bu çərçivədə qoruyun. Sınma, qırılma qorxusu olmadan, rahatlıqla evinizdə dekor kimi də istifadə edə bilərsiniz. Çatdırılma mümkündür.

  • Ölçüsü: 23x30 sm
  • Materialı: Fıstıq Ağacı
  • Üzərinə istənilən ad, soyad və mesaj yazmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır

Sifariş verdikdən sonra məhsulun üzərinə yazılacaq məlumatları qeyd edə bilərsiniz.



Sevgililər günü hədiyyələri axtarırsınızsa sizə çox gözəl bir təklifimiz var. Belə ki bu təbii fıstıq ağacından hazırlanan, üzərində adlarınızın yazıla biləcəyi “Sevgi Notları” adlı şamdanlar sevgiliniz üçün super hədiyyə ola bilər. Standartlardan kənar hədiyyələri bəyənirsinizsə, bu şamdanları rahatlıqla seçə bilərsiniz. Evdə gözəl dekor ola bilən və sevgilinizə daim sizi xatırladacağı gözəl bir hədiyyə.

  • Ölçüsü: 5x5x15 sm
  • Materialı: Lapan ağacı
  • Şam bitəndə dəyişmək olur
  • Üzərinə istənilən ad, soyad və ya cümlə yazmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır


Sevgiliyə özəl hədiyyə fikirləri axtaranlar, doğru ünvandasınız. Xüsusi istilikdə yandırılma texnologiyası ilə hazırlanan bu çərçivəli şəkil ən xoş anlara illlərlə şahidlik edəcək. Həm çərçivə, həm öz şəkliniz ikisi bit arada və uyğun qiymətə sizin ola bilər. İstəsəniz üzərinə adlarınızı və ya xoş sözlərinizi yazdıra bilərsiniz. Çatdırılma xisməti aktivdir.

  • Ölçüsü: 18x25 sm
  • Materialı: Lapan ağacı
  • Üzərinə istənilən şəkil vurmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır

Sevgilimə nə hədiyyə ala bilərəm ? Hədiyyə seçimləri çoxdur amma qeyri-adi seçimlər məhz burada sizin üçün toplanıb. Ən xoş anlarınızdan ibarət oıan şəkilləri ürək formalı kollajda toplayıb, səadət rəngi olan ağ çərçivədə qoruduq. Xoşbəxt görüntülərinizi fərliliklərlə sərgiləməkdən çəkinməyin. Çatdırılma xidməti mövcuddur.

  • Ölçüsü: 30x40 sm
  • Materialı: Parlaq Fuji Kağızı
  • Üzərinə istənilən ad, soyad və cümlələr yazmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır

Foto çərçivə - Klassik qara çərçivə içərisində iki ədəd biserlərdən hazırlanan şəkil yerlədirə bilərsiniz. 8 Mart hədiyyəsi kimi, Anaya hədiyyə olaraq ideal seçimdir. Standartlardan tamamilə uzaq olan bu çərçivəni sifariş etməyə tələsin. Həm özəl hədiyyə, həm də otaqda gözəl bir dekor. Çatdırılma mümkündür.

  • Ölçüsü: 30x40 sm
  • Materialı: Biserli Parça
  • 2 ədəd şəkildən hazırlanır
  • 2-3 iş günü ərzində hazırlanır

Daş üzərində çap qeyri - adiliyi sevən hər kəs üçün ideal seçimdir. Doğmalarınızın şəklini bu daş üzərinə çap etdirərək fərqli zövqünüzü rahatlıqla sərgiləyə və qarşı tərəfi məmnun edə bilərsiniz. Ev və ya ofisdə rahatlıqla masa üzərinə yerləşə və dəstəyi vasitəsilə qurula bilər. Çatdırılma mümkündür.

  • Ölçüsü: 20x20 sm
  • Materialı: Təbii Daş
  • Üzərinə istənilən şəkil vurmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır

25.99 AZN

Kreativ hədiyyələr ünvanı Photomart sizə super keyfiyyətli və səliqəli şəkildə çap olunan daş üzərində şəkil hədiyyəsini təqdim edir. Zövqünüzü sərgiləyərək qarşı tərəfi məmnun etmək öz əlinizdədir. Daş üzərində şəkil ev və ofisə uyğundur və masaüstü istifadəsi mümkündür. Ünvana çatdırılma vardır.

  • Ölçüsü: 10x20 sm
  • Materialı: Təbii Daş
  • Üzərinə istənilən şəkil vurmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır

Qaynana üçün hədiyyə axtaran mərhəmətli gəlinlər! Qaynananızla birlikdə olan şəklinizi saatlı tablo üzərinə köçürərək ona sevgi və hörmət hissinizi sərgiləyin. Bu hədiyyənizi həyat yoldaşınız da dəqiq bəyənəcək. Evdə gözəl dekor olmaqla yanaşı hər saata baxdıqca sizi gözəl xatırlasın deyə bundan gözəl hədiyyə yoxdur. Çatdırılma mümkündür özü də bir başa qaynana evinə!

  • Ölçüsü: 20x40 sm
  • Materialı: Kətan üzərində çap
  • Saat işləyir və batareyasını dəyişmək mümkündür
  • Üzərinə istənilən şəkil vurmaq mümkündür
  • 2-3 iş günü ərzində hazırlanır

filter

Filter

Qiymət